Həlak olan pilotun müəllimi: "Həmişə atasının peşəsini davam etdirmək istəyib" - FOTO

25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlardan biri də pilot Aleksandr Kalyaninovdur. O, Bakı Avropa Liseyinin məzunu olub.
Avtosfer.az xəbər verir ki, Modern.az Aleksandr Kalyaninovun müəllimi olmuş Bakı Avropa Liseyinin direktor müavini Səbinə Bayramova ilə söhbətləşib.
Səbinə Bayramova bildirib ki, 5-ci sinifdən 11-ci sinfə qədər Aleksandrın həm müəllimi, həm də sinif rəhbəri olub:
"O, çox ağıllı, savadlı, dürüst şagird idi. Həmişə hamıya kömək etməyə çalışır, dərslərini yaxşı oxuyurdu. Milliyətcə azərbaycanlı olmasa da, Azərbaycan dilində və bir neçə xarici dildə sərbəst danışırdı. Bu da ona Türkiyədə universitetə daxil olmağa və təhsil almağına kömək etmişdi. Aleksandr bilirdi ki, Türkiyədə çox böyük uğurlar qazanıb. O, ingilis dilini çox yüksək səviyyədə bildiyi üçün oxuduğu universitetdən Bakı Avropa Liseyinə həmişə təşəkkür məktubları gəlirdi".
S.Bayramova qeyd edib ki, Aleksandr pilot olmağı uşaqlıqdan arzu edirmiş:
"Onun atası da pilot olub. Aleksandr da uşaqlıqdan arzu edib ki, pilot olsun. O həmişə səmada atasının peşəsini davam etdirmək istəyib. Keçmiş şagirdimizin həlak olması onun müəllimləri və sinif yoldaşları üçün ağır və gözlənilməz hadisədir. Hamımız onu ürəkdən sevmişik. Aleksandr həmişə dostları ilə yaxşı münasibət saxlayır, əlaqəni kəsmir, görüşürdü".
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB















