Helikopter qəzası ilə əlaqədar matəm elan olunub

Urenqoy qəsəbəsi yaxınlığında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar Yamal-Nen muxtar mahalında matəm elan olunub.
Avtosfer.az Rusiyanın NTV telekanalına istinadən məlumat verir ki, oktyabrın 22-də bütün dövlət idarələri və müəssisələrinin binalarında bayraqlar endirilib, bütün əyləncəli tədbirlər ləğv edilib.
Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, “Sokol” aviakompaniyasına məxsus Mi-8 helikopteri Yamal-Nen muxtar mahalının Purovsk rayonunda Urenqoy qəsəbəsindən 80 kilometr məsafədə qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin göyərtəsindəki 22 nəfərdən 19-u həlak olub, 3-ü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ural nəqliyyat prokurorluğu qəza ilə bağlı yoxlamalara başlayıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












