Həmin helikopter qəzasına pinqvin səbəb olubmuş

Bu ilin yanvar ayının 19-da Cənubi Afrika Respublikasında qeydə alınan helikopter qəzasının başvermə səbəbi açıqlanıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, helikopterin pilot kabinəsinə uçuş qaydalarına zidd olaraq salınan pinqvin qəzaya səbəb olub.
Cənubi Afrikanın Mülki Aviasiya İdarəsi (SACAA) Şərqi Keyp əyalətində helikopterin qəzaya uğraması ilə bağlı hesabatında bildirilib ki, ön oturacaqda əyləşən tədqiqatçının əlindəki qutuda daşınan pinqvin helikopter havaya qalxarkən qaçmağa çalışıb.
Bu vaxt qutu pilotun qarşısındakı idarəetmə pultunun üzərinə düşüb. Bu da yerdən 15 metr hündürlüyə qalxan helikopterin kəskin şəkildə sağ tərəfə dönməsinə səbəb olub.
Helikopter pilotun idarəetməni itirməsi nəticəsində havaya qalxdığı yerdən 20 metr aralıda qəzaya uğrayıb. (unikal)
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO











