Həmin o qəzanı bu şəxs törədibmiş - Qadının avtomobilini qaçırıb

"Avtoyuma Baku" adlı avtoyuma məntəqəsində xanım sürücünün avtomobilini qaçıran şəxs qəza törədib.
Avtosfer.az xəbər verir ki, hadisəyə görə 1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş C.Qılınc adlı şəxsə Cinayət Məcəlləsinin 185.2.4 maddəsi ilə (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Fidan adlı zərərçəkmiş xanım FAW markalı, "Bestune T77" modelli avtomobilnin üst və iç tərəfdən təmizlənməsi üçün "Avtoyuma Baku" adlı avtoyuma məntəqəsində təqsirləndirilən şəxs Qılınca təhvil verib.
Qılınc isə avtomobili yuduqdan sonra 1 ədəd "Yaquar" adlı spirtli içki qəbul etikdən sonra sözügedən avtomobillə şəhərdə gəzmək qərarına gəlib. O, Rasim adlı tanışı ilə sözügedən avtomobili şəhərdə sürməyə başlayıb.
O, Bakı şəhərində avtomobil yollarını yaxşı tanımadığı üçün naməlum istiqamətə gedərək yolu itirib. Rasimlə birlikdə avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə hərəkətdə olan zaman Dövlət Yol Polisi Xidmətinin (DYPX) avtomobilinin onun təqib etdiyini görərək həyəcanlanıb. Onun sürücülük vəsiqəsi olmadığından özünü və DYPX-nin avtomobilindən yayınmaq üçün sürəti artırıb.
Həmin vaxt o, idarə etməni itirib və qarşıda hərəkətdə olan bir neçə avtomobilə - qiyməti 150 min manat olan "BMW İX", qiyməti 40 min manat olan "Toyota Prado", həmçinin "Mercedes-Benz", "Toyota Prius" markalı avtomobillərə çırpılaraq yol nəqliyyat hadisəsi törədib. Onun qaçırdığı avtomobilə 25 min manat zərər dəyib.
Hadisəni törədən Qılınc xəsarət almadığından avtomobildən düşərək qaçıb. O, hadisədən bir gün sonra saxlanılaraq, həbs edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun həbs müddəti 26 dekabr 2024-cü il tarixdən hesablanıb.
Sükan arxasında yuxulayan sürücü maneəyə çırpıldı: Dəhşətli QƏZA – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR










