Həmin qəza Lənkəranın bir hissəsini işıqsız qoydu

Lənkəranda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb, ərazinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb.
Qəza nəticəsində Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 2005-ci il təvəllüdlü Fikrət Mərdan oğlu Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Hazırda yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Qəza zamanı 10 minlik elektrik xətti də qırılıb və ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır./unikal
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












