“Həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı” - Mehriban Zəki

"İçimdə heç kimin tanımadığı bir Mehriban var. Onu heç kəs də tanımayacaq. Mehribanı zahirən soyuqqanlı, sərt, çərçivəli, zarafatlaşmağı sevməyən biri kimi tanıyırlar, əslində isə elə deyil".
Avtosfer.az xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki "Mədəni şou"da deyib. O, daxili dünyası ilə bağlı maraqlı etiraflar edib.
"Mən heç özüm özümü yaxşı tanımıram. O tanımadığım cəhətlər bəzən özümə ekstremal vəziyyətlərdə açılır. Onu kəşf edirəm, hörmət edirəm. Çünki çox qeyri-adi bir qadındır. Sirli, möcüzəli, zarafatcıl biridir. Üç il əvvəl keçirtdiyim həmin qəzadan sonra özümə bilmədiyim cəhətlərim üzə çıxdı. Sən demə, çox dözümlü, səbrliyəm və ağrımı göstərməyi sevmirəm".
Qeyd edək ki, Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb. (Axşam.az)
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












