Hərbçilərlə dolu yük maşını uçuruma yuvarlandı: 8 erməni ölüb, 4-ü yaralanıb

Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə, içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda avtomaşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.
“Armenian army” adlı istifadəçi hadisə barədə yazır: “Bu gün - sentyabrın 13-də, saat 09:40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı. Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil. Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq.
Ölənlərin siyahısı: Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan.
Yaralıların adları: Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyan.
Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxşı dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım”. İstifadəçilərin bəziləri bu məlumatı paylaşıb, bəziləri isə istifadəçidən yazdıqlarını dərhal silməyi tələb edib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












