Hərbçimiz faciəvi şəkildə öldü

Qəbələ rayonunda ağır yol qəzəsı baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 15-də saat 2 radələrində Qəbələ şəhəri ərazisində Vəndam qəsəbə sakini Fərid Nəbiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. İstipress-in məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Qəbələ rayonu Vəndam qəsəbə sakini, 22 yaşlı Fərid Nəbiyevin idarə etdiyi "VAZ 2109" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 21 yaşlı Fərid Həlimov və 27 yaşlı Mübariz Niftəliyev aldığı zərbə ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə vaxtı dünyasını dəyişən çavuş Fərid Nəbiyev Daxili Qoşunların Qəbələ rayonundakı hərbi hissəsində xidmət edib. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












