Hərbi avtomobil aşdı – 1 ölü, 5 yaralı

Bu gün Gürcüstanın Kaxeti bölgəsində Dedopliskaro-Siqnaxi-Tiflis avtomobil magistral yolunda qəza baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı “KAMAZ” markalı hərbi avtomobil aşıb. Məlumata görə, avtomobildə 37 hərbçi olub, onlardan biri ölüb. Hadisə zamanı xəsarət alan hərbçilər Dedopliskaro və Tsnori xəstəxanalarına yerləşdirilib. Xəsarət alan 5 əsgər isə Tiflisdə müalicə olunacaq. Onların həyatı üçün təhlükə yoxdur.
Hadisədən xəbər tutan Gürcüstan Müdafiə naziri Levan İzoria dərhal Dedopliskaroya yola düşüb. Nazir hərbçilərə baş çəkib və onların vəziyyəti ilə maraqlanıb. Müdafiə naziri hadisə nəticəsində ölən hərbçinin ailəsinə başsağlığı verib.
Hadisə ilə bağlı Gürcüstan CM-nin 276-cı maddəsi ilə araşdırma başlayıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












