Hərbi gəmi yük gəmisi ilə toqquşdu: 10 nəfər itkin düşüb

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir. “Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
04:36
Malakka boğazı yaxınlığında ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisi yük gəmisi ilə toqquşub. Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hadisə yerində xilasedici əməliyyatın aparıldığı bildirilsə də, qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












