Hərbi helikopter qəzaya uğrayıb

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Saksoniya federal torpağında Grimma şəhəri yaxınlığında baş verib. Şahidlərin məlumatına görə, helikopterin qalıqları Mulde çayında aşkar edilib.
Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları aparılır.
***
Almaniyanın şərqində hərbi helikopterin təlim zamanı qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoriusa istinadən DPA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bir nəfər itkin düşmüş hesab olunur.
Hadisə Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında baş verib və helikopterin qalıqları Mulde çayında tapılıb. Qəza yerində hərbi təhlükəsizlik zonası yaradılıb.
Bundesverin şəxsi heyəti xilasetmə və təhqiqat tədbirlərini həyata keçirmək üçün hadisə yerində olub.
Yanğınsöndürmə xidmətinin sözçüsü bildirib ki, qəza nəticəsində külli miqdarda kerosin çaya dağılıb və helikopterin qalıqları çayın ortasında olduğu üçün oraya daxil olmaq çətindir. Hadisə yerində 50-yə yaxın təcili xilasetmə xidmətinin əməkdaşı çalışır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












