Hərbi liseyin müəllimini maşın vurdu - Bakıda

Bu gün səhər saat 7 radələrində Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsində piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az interaz-a verilən məlumata görə, 60 yaşlı Əliyev Azad Məmmədrza oğlu yolu keçmək istəyərkən “Chevrolet” markalı avtomaşın onu vurub. Hadisə yeinə gələn təcili tibbi yardım stansiyasının həkimləri xəsarət alan şəxsi sol bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparıblar. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, Azad Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimidir və hadisə də məktəbin yaxınlığında, o, işə gedən zaman baş verib. Fakt Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. İlkin olaraq hadisənin baş verməsinə səbəb kimi “Chevrolet” markalı avtomaşının sürət həddini aşması göstərilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












