Hərbi maşın dərəyə aşdı: ölən və yaralananlar var - VİDEO

Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu, içərisində 13 hərbçinin olduğu nəqliyyat vasitəsi 40 metrlik hündürlükdən dərəyə aşıb.
Hadisə yerinə gələn xilasedicilər 10 hərbçinin həyatını xilas ediblər. Qəza nəticəsində həlak olan 3 hərbçidən birinin – sürücünün cəsədi çıxarılıb. Digər iki meyitin maşından çıxarılması istiqamətində işlər davam edir. Yaralılar Braşov və Campulung rayonlarındakı mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır olan 6 hərbçi isə paytaxt Buxarestin Floreasca xəstəxanasına gətiriləcək.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












