Hərbi təlim təyyarəsi qəzaya uğradı: 1 ölü, 5 yaralı

Rusiyada “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 5-i yaralanıb. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi yayıb. Hadisə Krasnodar Ali Aviasiya Məktəbinin təyyarəçilərinin Saratovda təlim-məşq uçuşu keçirdiyi zaman baş verib. “An-26” təyyarəsinin sərt enişi qəzaya səbəb olub. Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub: “Eniş zamanı təyyarə yanıb. Nəticədə bir həbrçi ölüb. Təyyarədəki qalan 5 ekipaj üzvü isə axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq, xəstəxanaya yerləşdirilib”. Xəbərdə bildirilib ki, təyyarənin mühərriklərindən birinin işləməməsi qəzaya səbəb olub. Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












