Hərəkətdə olan maşın yandı: "Xalamgilə gedirdim, qəfil alışdı" - VİDEO

Şəmkirdə hərəkətdə olan avtomobil alışıb. Avtosfer.az ARB TV-yə istinadla xəbər verir ki, Şəmkirin Dəllər qəsəbəsində hərəkətdə olan avtomobildə yanğın hadisəsi baş verib. Qəsəbə sakini Elşən Zülalovun idarə etdiyi "VAZ "2106" qəfildən alışıb. Sürücü dərhal əyləci basıb və avtomobili tərk edib. FHN-nin yanğınsöndürmə briqadası gələnədək ətrafdakı insanların köməkliyi ilə alov ram edilib. Maşının salonu yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına nəqliyyat vasitəsinin elektrik sistemində yaranan nasazlıq səbəb olub.Yanğın səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
Elşən Zülalov - Sürücü: "Xalamgilə gedirdim. Alışdı yandı. Birdə gördüm tüstü çıxdı. Uşaqlar sağ olsun, qaz idarəsinin işçiləri tez kömək etdi. Bir anlıq tüstü çıxdı. Tələsik akkumlyatoru aralayanadək alışdı".
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












