Heydər Əliyev prospektində ZƏNCİRVARİ QƏZA: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 29-da, saat 00:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan iki nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə ailəsinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
***12:18
"Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, hadisə bu gün saat 00:07-də üç avtomobilin toqquşması nəticəsində baş verib.
"Belə ki, Əsgər Dağıstan oğlu Cabbarovun idarə etdiyi 77-QH-372 dövlət nömrə nişanlı BMW markalı avtomobil Daşqın Şəhvən oğlu Əliyevin idarə etdiyi 10-DT-100 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı və Abbas Hüseyn oğlu Quliyevin idarə etdiyi 90-EY-457 dövlət nömrə nişanlı KIA markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində iki nəfər - Daşqın Əliyev və Abbas Quliyev xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır", - deyə R. Əhmədli bildirib.
***
Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da, saat 00:07-də qeydə alınıb.
Belə ki, metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən avtomobil manevr qaydasını pozaraq kənar sağ zolaqla hərəkət edən avtomobilin qarşısına çıxıb. Toqquşma zamanı idarəetmədən çıxan avtomobil əsas yola çıxıb və nəticədə daha bir avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Məsələnin detalları araşdırılır.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB











