Hindistanda DƏHŞƏT: qəza 13 nəfərin canını aldı

Hindistanın cənubunda Karnataka ştatında baş verən iki faciəvi yol qəzası nəticəsində 13 nəfər ölüb, 20-yə yaxın insan isə müxtəlif dərəcələrdə xəsarət alıb.
Avtosfer.az bu barədə "Times of İndia"ya istinadla xəbər verir.
Belə ki, yerli polis bölmələrinin məlumatına görə, səhər saat 05:30 radələrində Karvar şəhərində bir yük maşını aşaraq 9 nəfərin ölümünə səbəb olub. Qəza nəticəsində 10 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, yaralıların hamısı tərəvəz məhsulları daşıyan satıcılar olub.
Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının daha da arta biləcəyi istisna edilmir.
Eyni gün Rayçur rayonunda da faciə baş verib. İçərisində 15 nəfər olan bir avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində, üçü tələbə olmaqla dörd nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
(bakivaxti.az)
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO












