Hövsanda “Chevrolet”lə toqquşan “Vito” aşdı - ANBAAN VİDEO

Qəzalar 19 Fevral 2026 11:00
Hövsanda “Chevrolet”lə toqquşan “Vito” aşdı   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi müşahidə kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, qəza fevralın 18-də səhər saatlarında qeydə alınıb.

Görüntülərdən aydın olur ki, hərəkətdə olan 77-XN-607 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı maşın, “Chevrolet” markalı avtomobilə çırpıldıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtomobil aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh