Banner

Hövsanda dəhşətli qəza: “Daewoo” zibil daşıyan maşının altında qaldı - VİDEO

Qəzalar 24 İyul 2023 18:00 Oxunub 1212
Hövsanda dəhşətli qəza:  “Daewoo” zibil daşıyan maşının altında qaldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hövsan yolunda avtomobil yük maşınının altında qalıb.
Avtosfer.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi dünən səhər saat 10 radələrində qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, “Daewoo Gentra” markalı avtomobil, 77-JE-576 dövlət nömrə nişanlı, “Iveco” markalı yük maşını ilə toqquşub. Qəzanın baş verməsinə səbəb “Daewoo” sürücüsünün yuxulu olması göstərilir. Belə ki, sükan arxasında yuxulayan şəxs idarəetməni itirib və avtomobili zibil daşıyan yük maşınının arxa tərəfinə vurub. Nəticədə zibil maşınının altına girən “Daewoo” tamamilə sıradan çıxsa da, sürücü hadisədən xəsarətsiz ötüşməyi bacarıb. Lakin ondan fərqli olaraq qəza zamanı iş görən fəhlələr müəyyən dərəcəli xəsarətlər alıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh