Banner

Hövsanda “Mercedes” 132 nömrəli avtobusa çırpıldı - VİDEO

Qəzalar 25 İyul 2023 16:22 Oxunub 1068
Hövsanda “Mercedes” 132 nömrəli avtobusa çırpıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hövsan yolunda avtomobillə avtobus toqquşub.
Avtosfer.az xəbər verir ki, qəza 23 iyul tarixində səhər saatlarında qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, “Mercedes” markalı avtomobil, 132 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-991 dövlət nömrə nişanlı, “Daewoo” markalı avtobusa çırpılıb. Qəzanın baş verməsinə səbəb yüksək sürət və ara məsafəsinin düzgün təyin edilməməsi iddia olunub. Qəza nəticəsində “Mercedes” yararsız vəziyyətə düşüb, avtobusun arxa tərəfi zədələnib. Sürücü və sərnişinlər arasında ölüm halı yoxdur.
Qeyd edək ki, son zamanlarda Hövsan yolunda qəza sayı artıb, hətta bir gündə 3 yol-nəqliyyat hadisəsi müşahidə olunub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh