Hövsanda qəza: bu dəfə “Prius” vurulan tərəf oldu - VİDEO

Qəzalar 25 May 2023 19:24 Oxunub 332
Hövsanda qəza: bu dəfə “Prius” vurulan tərəf oldu   - VİDEO


Sürət həddini nizamlamayan sürücü qarşıdakı avtomobili hədəfinə saldı.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən qəzanın dünən günorta saatlarında, Hövsan qəsəbəsində baş verdiyi iddia edilir. Qəzada iştirakçısının çəkdiyi görüntülərdən də məlum olduğu kimi “Kİa” markalı, 99-MJ-774 dövlət nömrə nişanlı avtomobil, “Toyota Prius” markalı, 99-RY-402 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə qəzanı yaradan “Kia” markalı avtomobilin sürücüsü olub. Belə ki, o, yüksək sürətlə gələrək anlıq idarəetməni itirib və qarşıdakı “Prius”a dəyib. Nəticədə “Kia”nın ön hissəsinin detalları qırılaraq tamamilə yararsız vəziyyətə düşüb, “Prius”un isə arxa hissəsi əzilib, diski və buferi qırılıb, həmçinin sol tərəfi dirəyə dəyərək zədələnib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh