“Hyundai” dəmir maneəyə çırpılıb aşdı, sürücü maşından güclə çıxarıldı - VİDEO
Qəzalar
24 İyun 2025 19:12
Oxunub 1820

Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın yoldan çıxaraq aşıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı maşın yararsız vəziyyətə düşüb. Maşında sıxılı vəziyyətdə qalan sürücü yaxınlıqda olan polis və vətəndaşların köməyi ilə çıxarılıb. Həmçinin zərbənin təsirindən dəmir maneənin bir hissəsi sıradan çıxıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














