“Hyundai”-ın vurduğu ikinci piyada da öldü

Hacıqabulda ötən gün səhər saatlarında avtomobilin vurduğu ikinci piyada axşam saatlarında dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə ötən gün səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oktay Burxan oğlunu və Kürdəmir rayonunun Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki şəxs kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oktay Nəbiyev orada dünyasını dəyişib. Çoxsaylı ağır bədən xəsarətləri alan Vüsal Burxanov isə axşam saatlarında özünə gəlmədən Şirvan reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlıcinayət işi açılıb, araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












