“Hyundai” “VAZ”la toqquşdu - Ölən və yaralananlar var

Zərdabda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Zərdab-Ağcəbədi yolunun Zərdab rayonunun Məmmədqasımlı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücüsü hadisə yerindən qaçan 90 UP 251 dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını ilə 10 LU 604 dövlət nömrə nişanlı "VAZ" 2106 markalı minik maşını toqquşub. Nəticədə rayonun Gödəkqobu kənd sakini, 17 yaşlı Xitmət Mahir oğlu Seyidov hadisə yerində ölüb. "VAZ" markalı maşının sürücüsü, 68 yaşlı Raquf İbad oğlu İbadov və sərnişinləri 17 yaşlı Raya Mahir qızı Babayeva və onun həmyaşıdı Mehri Seyidağa qızı Mürşüdova aldıqları xəsarətlərlə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












