“Hyundai” yük maşınına çırpıldı - Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Binəqədi-Xırdalan yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən verilən birgə məlumatda bildirilir ki, fevralın 27-də saat 03:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən dörd nəfər (üç qadın, bir kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərdən üçünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda bir nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə birgə məlumatda vurğulanır.\oxu.az
***11:41
Bakıda, Binəqədi-Xırdalan yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki, hadisə fevralın 27-də, saat 03:06-da qeydə alınıb.
"2004-cü il təvəllüdlü Hüseyn Müşfiq oğlu Vəliyev idarə etdiyi "Hyundai" markalı 77-AN-140 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış 1993-cü il təvəllüdlü Samir Rövşən oğlu Həsənzadəyə məxsus "Volvo" markalı, 44-CX-242 dövlət nömrə nişanlı yük avtomobilinə çırpıb.
Hadisə nəticəsində sürücü H.Vəliyevlə yanaşı 1983-cü il təvəllüdlü Pərvanə Yaşar qızı Vəliyeva, 2004-cü il təvəllüdlü Zəhra Müşfiq qızı Vəliyeva və 1956-cı il təvəllüdlü Böyükxanım Böyükağa qızı Əliyeva xəsarət alıblar. Ölüm faktı qeydə alınmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli vurğulayıb.
***09:23
Paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR










