Banner

İçərisində koronavirus xəstəsi olan təcili yardım maşını qəzaya düşüb - FOTO

Qəzalar 27 Dekabr 2021 16:36 Oxunub 1048
İçərisində koronavirus xəstəsi olan təcili yardım maşını qəzaya düşüb   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh