İçində adam olmayan maşın öz-özünə hərəkət edib avtobusa çırpıldı - VİDEO
Türkiyənin Bursa vilayətinin Orhanqazi rayonunda maraqlı və eyni zamanda təhlükəli hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, dayanmış vəziyyətdə olan bir avtomobil naməlum səbəbdən öz-özünə hərəkət etməyə başlayıb və nəticədə İstanbul–İzmir marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.
Hadisə axşam saat 20:00 radələrində Yalova–Bursa avtomobil yolunun Süpürgelik ərazisində qeydə alınıb. Məlumata görə, içərisində heç kim olmayan, park edilmiş avtomobil qəfil hərəkətə gəlib və qarşı istiqamətdə hərəkət edən avtobusla toqquşub.
İstanbul–İzmir istiqamətində hərəkət edən, avtobusda 39 sərnişin olub. Toqquşmadan sonra avtomobil yol kənarındakı baryerlərə çırpılıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Qəza yerinə dərhal polis və təcili tibbi yardım qrupları cəlb edilib. Avtobusda olan sərnişinlərdən bəziləri ehtiyat tədbiri olaraq həkim nəzarətindən keçirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, avtomobilin özbaşına hərəkətə gəlməsinə texniki nasazlıq və ya əyləc sistemində problem səbəb olub.
Eltac Zülfüqaroğlu
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO










