İçkili sürücü qəza törətdi: yaralılar var - VİDEO
Qəzalar
16 Mart 2022 16:14
Oxunub 1590

Rusiyanın Nijniy Novqorod şəhərində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü içkili olduğu halda sükan arxasına əyləşib. Yolda idarəetməni itirərək səkidə olan piyadaları vurub. 4 kişi və 2 qadın olmaqla xəsarət alanlara ilkin yardım göstərildikdən sonra, xəstəxanaya yerləşdiriliblər.
Sürücü barəsində cinayət işi açılıb.
Videonu təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













