Banner

İçkili vəziyyətdə olan motosikletçi qəza törədib

Qəzalar 27 Oktyabr 2021 11:17 Oxunub 634
İçkili vəziyyətdə olan motosikletçi qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Goranboyda içkili vəziyyətdə olan motosikletçi qəza törədib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsi yaxınlığından keçən avtomobil yolunda baş verib.

“VAZ 2106” markalı maşın motosikletlə toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini olan motosikletçi Baxşəliyev Xəyal Namiq oğlu xəstəxanaya çatdırılıb

İlkin müayinə zamanı onun həddən artıq içkili vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh