İdarəetmədən çıxan “Ford” kolluğa düşdü, sürücü xəsarət aldı - VİDEO
Qəzalar
2 Sentyabr 2025 18:00
Oxunub 748

Sabirabad rayonu ərazisində yol qəzası qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 1-də axşam saatlarında Poladtuğay kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-VL-882 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yoldan çıxaraq kolluğa aşıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidəm idarəetməni itirməsi olub. Hadisə zamanı maşın tamamilə sıradan çıxıb, sürücü xəsarət alıb. Sürücü yaxınlıqdakı vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














