İdarəetmədən çıxan “Ford” yataq otağına girdi; 2 nəfər yaralandı - FOTO
Qəzalar
30 Avqust 2020 16:50
Oxunub 1642

Türkiyənin Tokat vilayətində minik avtomobili evin içərisinə girib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Erbaa rayonunda qeydə alınıb.
Məlumata görə, 23 yaşlı Üzeyir T., idarə etdiyi 60 AAJ 190 qeydiyyat nömrə nişanlı “Ford” markalı minik avtomobillə, hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirib və yol kənarındakı yaşayış evinin divarına çırpılıb.
Zərbənin şiddətindən avtomobil evin divarını qıraraq yataq otağına girib.
Qəza nəticəsində sürücü və otaqda olan 19 yaşlı Əhməd Ç. yüngül xəsarətlər alıblar.
Yaralılar müayinə üçün, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya aparılıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev





ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













