İdarəetmədən çıxan maşın dirəyə çırpıldı, qadın sərnişin xəsarət aldı - VİDEO
Qəzalar
27 Avqust 2024 17:30
Oxunub 356
Beyləqanda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 26-da günorta saatlarında rayonun mərkəzi küçələrindən birində baş verib. Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını idarəetmədən çıxaraq dirəyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı avtomobildəki sərnişinlərdən biri xəsarət alıb, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR