İdarəetmədən çıxan “Mercedes” yol kənarına düşərək ağaca çırpıldı - VİDEO
Qəzalar
20 Noyabr 2025 13:30
Oxunub 1132

Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 20-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına düşüb və ağaca çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













