İdarəetmədən çıxan traktor maneəyə çırpıldı, yük yola dağıldı - VİDEO
Qəzalar
27 Noyabr 2025 13:41
Oxunub 958

Ağcabədi rayonu, Xocavənd kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 26-da axşam saatlarında qeydə alınıb. Belə ki, pambıq daşıyan traktor yoldan çıxaraq maneəyə çırpılıb. İddialara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə nəticəsində traktor sıradan çıxıb, pambıqlar yola dağılıb. Qəzadan sonra yolda sıxlıq yaranıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













