İdarəetmədən çıxan “VAZ” aşdı, sürücü və sərnişin xəstəxanalıq oldu - VİDEO
Qəzalar
7 Oktyabr 2025 15:30
Oxunub 1176

Köhnə Ələt-Astara yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 6-da saat 14:00 radələrində qeydə alınıb. Belə ki, Ruslan Dünyamalıyevin idarə etdiyi 42-CE-287 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqda olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ














