Banner

İdarəetmədən çıxan “VAZ” işıq dirəyini yerindən qopardı - VİDEO

Qəzalar 14 Noyabr 2023 21:00
İdarəetmədən çıxan “VAZ” işıq dirəyini yerindən qopardı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmazda qayda pozan sürücü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında rayonun Nərimanov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetmədən çıxan maşın yol kənarındakı səkiyə çıxıb və toqquşduğu işıq dirəyini yerindən qoparıb. Həmçinin “011”in ön hissəsi aldığı zərbədən tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. 

Nərmin

Oxunub 2346
ŞƏRH YAZ
Ad

E-mail

Şərh