İdarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpdı - FOTO
Qəzalar
13 Noyabr 2020 23:26
Oxunub 2344
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, sürət həddini aşan 99-PX-064 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Zərbədən işıq dirəyi aşıb.
Əraziyə Yol Polisi Xidməti əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













