Banner

İdarəetməni itirən sürücü yoldan çıxdı, əraziyə evakuator gəldi  - VİDEO

Qəzalar 8 May 2022 21:10 Oxunub 1624
İdarəetməni itirən sürücü yoldan çıxdı, əraziyə evakuator gəldi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəribə qəza hadisəsi baş verib. 
Avtosfer.az xəbər verir ki, hadisə Qaradağ rayonunda “Sədərək” yolunda baş verib. Son günlər ölkə ərazisində yağışlı hava şəraiti ilə əlaqədar olaraq yollarda hərəkət çətinləşib. Videoda da göründüyü kimi magistral yolda irəliləyən avtomobil yoldan çıxıb. Görüntüləri lentə alan sürücü maşının ora necə düşdüyünə təəccüblənir. Qəza edən sürücünün idarəetməni itirərək dəmir arakəsmələrə çırpılmamaq üçün yoldan çıxdığı ehtimal olunur. Hadisə yerinə çağırılan evakuator həmin avtomobili ərazidən çıxarıb. Sözügedən videonu təqdim edirik:

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh