Banner

İki avtobus toqquşub, 18 nəfər yaralanıb - FOTO

Qəzalar 2 Fevral 2026 19:12
İki avtobus toqquşub, 18 nəfər yaralanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda bələdiyyə avtobusu ilə mikroavtobus toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, toqquşma nəticəsində aralarında şagirdlərin də olduğu 18 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.

Oxunub 150
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh