İki avtobusun toqquşması nəticəsində 30-dan çox insan xəsarət alıb
Qəzalar
3 Mart 2025 23:30
Oxunub 748

Barselonada iki avtobusun toqquşması nəticəsində azı 34 nəfər xəsarət alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kataloniya Fövqəladə Hallar Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır. Onlar xəstəxanalara aparılıb.
Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














