İki avtomobil toqquşdu, iki nəfər öldü
Qəzalar
3 Avqust 2022 13:29
Oxunub 1072

Rusiya Federasiyasının İnquşetiya Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Nazranovski rayonunda magistral yolda iki avtomobilin iştirakı ilə faciəvi qəza baş verib.
Avtomobillərdən birində olan qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Digər bir nəfər xəstəxanada dünyasını dəyişib.
Sağ qalan 4 nəfərdən ikisi Nəzran şəhərindəki Respublika Klinik Xəstəxanasında əməliyyat olunur.
Dəhşətli qəzanın səbəbləri müəyyənləşdirilir.
lent.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













