İki gün öncə qəzaya düşən şəxs vəfat etdi
Qəzalar
17 May 2021 11:06
Oxunub 928

Şəkidə iki gün öncə qəzaya düşən şəxs dünən vəfat edib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində baş verib.
Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2107” –də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













