İki maşın toqquşdu: Biri aşdı, digəri dərəyə düşdü - VİDEO - YENİLƏNİB

Sabirabad rayonunun Şəhriyar kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza aprelin 9-da günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 55-CD-094 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ” aşıb, digər nəqliyyat vasitəsi isə dərəyə düşüb. Hadisə zamanı xəsarət alan var.
***
10:30
***
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, yol qəzası aprelin 9-da saat 14:25 radələrində Hacıqabul-Horadiz yolunun 25-ci kilometrliyində qeydə alınıb. Belə ki, Nəsirov Amilin idarə etdiyi 55-CD-094 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşın, İsmayılov İbrahimin idarə etdiyi 90-SP-654 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mercedes”də olan sərnişin 1967-ci il təvəllüdlü Meyxoş Muradov xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Şəkidə ağır qəza: Yaralanan var
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO











