İki nazir helikopter qəzasında ölüb
Qəzalar
6 Avqust 2025 20:51
Oxunub 276

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar. Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi. Hadisənin səbəbi hələlik məlum deyil.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














