İki nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı

Qəzalar 9 Fevral 2023 11:38 Oxunub 474
İki nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda 2 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Abuzərov Asiman Tanrıverdi oğlu 08.02.2023-cü il tarixdə saat 11 radələrində Tovuz-Hunanlar avtomobil yolunda idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Quluyev Mayıl Vəliş oğlunun idarə etdiyi "Mitsubishi-L200" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-21011 markalı avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü Abuzərov Əli Vidadi oğlu və 1975-ci il təvəllüdlü Abbasov Nabat Musa qızı aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Fakt üzrə Tovuz RPŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Pravda.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh