Banner

İki piyada qəza qurbanı olub

Qəzalar 4 Noyabr 2022 11:35 Oxunub 694
İki piyada qəza qurbanı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün 2 piyada yolu keçmək istəyərkən avtomobil qəzasının qurbanı olub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Belə ki, hadisələrdən ilki noyabrın 3-də saat 10 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Qurumba kənd sakini Q.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Veravul kənd sakini Məmməd Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 ***

Analoji hal noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində baş verib. Belə ki, Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh