Banner

İki qardaşı maşın vurdu

Qəzalar 20 Noyabr 2022 22:50 Oxunub 1222
İki qardaşı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə Göytəpə qəsəbəsində qeydə alınıb.

Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib. Bu zaman onları avtomobil vurub.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh