İki qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artdı

İspaniyada iki sürət qatarının relsdən çıxaraq toqquşması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə EFE agentliyi məlumat verib.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 39 olduğu bildirilirdi. Qatar qəzasının baş verdiyi yerdə axtarış əməliyyatları hələ də davam edir.
Xatırladaq ki, qəza yanvarın 18-də Adamus şəhəri yaxınlığında (Əndəlüs muxtar icması) baş verib. Malaqadan Madridə gedən təxminən 300 nəfəri daşıyan qatar relsdən çıxıb və Madriddən Huelvaya gedən qatarın hərəkət etdiyi yola çıxıb. Nəticədə qatarlar toqquşub və ikinci qatar da relsdən çıxıb. Qəzanın səbəbi hələ məlum deyil.
Qəza ilə bağlı aparılan istintaq fəlakətin əsas səbəbi kimi, Madrid-Adamus dəmir yolunda relslərin vəziyyətinin pis olmasını diqqət mərkəzində saxlayır.
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










