İki yük maşınının arasında sıxılan avtomobildən sağ çıxdı - ŞOK - VİDEO
Qəzalar
14 Yanvar 2021 12:47
Oxunub 892

Qarşısındakı betonqarışdıran maşınla arasında ara məsafəsi saxlayan avtomobil ağır yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.
Avtosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, işıqforun yaşıl işığını gözləyən avtomobil qarşıdakı betonqarışdıran maşına çırpılıb.
Belə ki, arxadan sürətlə gələn yük maşını idarəetməni itirərək avtomobillə toqquşub. Nəticədə avtomobil iki yük maşının arasında qalaraq sıxışıb.
Sürücü xanım yüngül xəsarət alsa da, avtomobil yararsız vəziyyətə düşüb.
Qəza nəzarət kameralarında anbaan görüntülənib.
Görüntüləri təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














