İki yük qatarı toqquşdu; yaralananlar var - FOTO
Qəzalar 14 Aprel 2021 22:26 Oxunub 210
İki yük qatarı toqquşdu;  yaralananlar var - FOTO

Türkiyədə iki yük qatarı toqquşub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 14-də səhər saatlarında ölkənin cənubunda baş verib. Bu barədə DHA agentliyi məlumat yayıb.

Məlumata görə, Adana istiqamətində irəliləyən konteyner yüklü qatar, qarşısında hərəkətdə olan başqa bir yük qatarına arxadan çırpılıb.

Zərbənin təsirindən hər iki qatara məxsus bir necə vaqon relsdən çıxaraq aşıb.

Qəza nəticəsində arxa qatarın 2 mexanik xəsarətlər alıb.

Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh